İzmirin Bornova səmtinin İnönü məhəlləsindəki məsciddə heyrət doğuran hadisə baş verib. Dünən axşam namazı vaxtı məscidə gələn camaat gördükləri mənzərə qarşısında az qala heyrətə düşüb.
Medianews.az xəbər verir ki, bir müddət depressiyada olduğu öyrənilən gənc məscidin qapısının qalxan kimi dayanaraq, camaatın qabağını kəsib.
İçəri girib axşam namazını qılmaq istəyən insanlara mane olan gənc vətəndaşların bütün cəhdlərinə baxmayaraq, onlarla razılaşmayıb. Bunun üzərinə məscidin imamı polisi çağıraraq çarəni tapıb.
Xəbərdarlıq üzrə ünvana gələn polis qrupları tərəfindən məscidə gələnlərə çətinlik yaradan gənci polis bölməsinə aparıb.
Həmin şəxsin camaatı məscidə buraxmadığı və camaatın gənci razı salmağa çalışdığı anlar hər saniyə mobil telefonun kamerasına əks olunub:
Aytac Şahin
Medianews.az