KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. İctimai Əlaqələr Araşdırma Mərkəzinin sorğusuna görə, ABŞ prezidenti Co Baydenin təsdiq nisbəti 2023-cü ilin fevralına (45%) nisbətən bir qədər (38%) azalaraq 2022-ci ilin iyulunda ən aşağı nöqtəsinə (36%) yaxınlaşıb.
Nəşr qeyd edir ki, yanvarda ABŞ prezidentinin fəaliyyəti vətəndaşların 41%-i tərəfindən bəyənilib. Amma respondentlər Baydenə qarışıq hisslərlə yanaşdıqlarını vurğulayıblar.
Agentlik iddia edir ki, sorğuda iştirak edənlərin yalnız 31%-i ABŞ prezidentinin milli iqtisadiyyata rəhbərlik etməsini bəyənib. Bu göstərici təxminən ötən illə eyni səviyyədədir.