21 yaşlı Alihan Atsan adlı gənc WhatsApp-da ailə qrupuna mesaj göndərdikdən sonra ölü tapılıb.
Medianews.az xəbər verir ki, qandonduran hadisə Samsunda yaşanıb.
Belə ki, Alihan Atsanın qrupda “haqqınızı halal edin” mesajını görən yaxınları onu axtarmağa başlayıb.
Onlar gənci məhəccərdən kəndirlə asılmış vəziyyətdə tapıblar. Hadisə yerinə gedən sağlamlıq qrupları Alihan Atsanın öldüyünü müəyyən edib. Gəncin cansız bədəni yarılmaq üçün Çarşamba Dövlət Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aytac Şahin
Medianews.az