Bir aylıq oğlunu öldürdüyünə görə çiy qida blogeri və həyat yoldaşı həbs edilib. Hadisə Rusiyanın Soçi şəhərində baş verib.
Medianews.az xəbər verir ki,bu barədə Ren-TV-yə ailənin dostu məlumat verib.
Ailənin dostu bildirib ki, uşağını yorğunluqdan və aclıqdan öldürən qida blogeri həyat yoldaşına hamiləlik dövründə yemək yeməsinə icazə vermədiyi üçün qonşuları onu gizli şəkildə yedizdiriblər:
“Rəfiqələri gizli qadını yedizdirirdi. Görünür, yeməyə qoymayıb. Bir sözlə, xəstə adamdır”.
Onun sözlərinə görə, bloqqerin həyat yoldaşı qurban mövqeyində olub, ona güclü psixoloji təzyiq göstərən ərindən qorxub.
Medianews.az