Türkiyənin Ankara şəhərində aptekdə işləyən əzaçı və köməkçisi orda işləyənlərin həyatını alt-üst edib. Məlum olub ki, onlar şizofreniya xəstəliyinin müalicəsində istifadə edilən dərmanı aptek sahibi də daxil olmaqla, aptekdə işləyən hər kəsə gizli şəkildə veriblər.
Medianews.az xəbər verir ki, Kanal D-nin məlumatına görə, aptek sahibi 4 il əvvəl işə götürdüyü əzaçıdan sonra diqqətin yayınması və yuxululuq hiss etməyə başlayıb. O, işi müvəqqəti olaraq qardaşına verib. Tezliklə o da eyni şikayətlərlə qarşılaşıb. Digər tərəfdən, əzaçı və köməkçısı bəzi narkotik vasitələrinin qanunsuz olaraq satışını həyata keçirirdi. Aptek sahibi daima diqqət dağınıqlığı və qavrayış pozğunluğundan şikayətlənirdi.
Bir gün o, sükan arxasında yuxuya gedərək qəza törədir və qəza nəticəsində onun 4 yaşlı oğlu dünyasını dəyişdi. Hadisədən 7 ay sonra aptek sahibi başına gələnlərə səbəb olan dərman şüşəsini aptekdə tapır və etketsiz olan bu dərmanın əslində şizofreniyanın müalicəsində istifadə edilən bir dərman olduğunu başa düşüb.
O, polisə şikayət edir. Aptekdəki işçilərdən isə saç və saç nümunələri götürülür.
Nəticədə aptekdə işləyənlərin hər birində həmin şizofreniya dərmanı aşkar edilir.
Cinayət işi açılaraq əzaçı və köməkçisi həbs edilib.
Medianews.az