Cənub yarımkürəsində qeydə alınan ən şiddətli fırtınası böyük faciəyə yol açdı.
Cənubi Afrikanı ikinci dəfə vuran “Freddi” tropik qasırğası Mozambik və Malavidə 100-dən çox insanın həyatına son qoyub.
Medianews.az xəbər verir ki, mütəxəssislər Freddi fırtınasını cənub yarımkürəsini vuran ən güclü tufanlardan biri hesab edirlər.
Zərər çəkmiş bölgənin bəzi yerlərində elektrik və telefon siqnalları kəsildiyi üçün xüsusilə Mozambikdə dəyən ziyanın və insan itkisinin dəqiq miqyası hələ aydın deyil.
Qeyd edək ki, Malavi tarixinin ən ölümcül vəba epidemiyası ilə mübarizə aparır və BMT agentlikləri vəziyyətin indi daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edib.
Medianews.az