Novruz atəşini “Yanardağ”da hiss edin!
Medianews.az xəbər verir ki, 19 mart tarixində Yanardağ Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğunda “Bahar Festival”ı keçiriləcək.
“Tam Sənə Görə” komandasının təşkilatçılığı ilə baş tutacaq gecədə məşhurlar arasında 2008 və 2015- ci illərdə Azərbaycanın “Eurovision” təmsilçisi Elnur Hüseynov, “Səs Azərbaycan” yarışmasının qalibi, həmçinin 2022-ci il “Eurovision” təmsilçimiz Nadir Rüstəmli, bəstəkar-müğənni Sivva, gənc ifaçı Dəniz də yer alacaq.
Bundan əlavə olaraq Novruz atributları olan Kosa, Keçəl və Bahar qızı, DJ- in də çıxışı olacaq və müxtəlif növ master-klasslar keçiriləcək.
Medianews.az