Yeniyetmə Gamze Sakallıoğlunun cinayətində yeni detallar ortaya çıxıb.
Medianews.az xəbər verir ki, öz qızını öldürüb efirə çıxan qadının həbsdəki dostu yaşanan hadisələrə aydınlıq gətirib.
O ifadəsində bildirib ki, Gamzenin öldürülmə səbəbi anasının münasibətdə olduğu hər kəsi görüb, yaşananlardan xəbərdar olmasıdır. Anası da Gamzeni bu səbəbdən qətlə yetirib.
Qeyd edək ki, Gamze Sakallıoğlunun cinayətindən sonra anası efirə çıxaraq gözyaşı tökmüşdü.