Xəbər verdiyimiz kimi İranda tələbə qızların kütləvi şəkildə zəhərlənməsi xalqı əyağa qaldırıb.
Medianews.az xəbər verir ki, İranda 52 məktəbdə zəhərlənən qız şagirdlərin sayı 2 mini keçib.
Ali lider Əli Xamenei bu mövzuda ilk dəfə çıxış edib.
O bildirib ki, zəhərlənmələr sübuta yetirilərsə, bu, bağışlanmaz cinayət olacaq və günahkarlar amnistiya olmadan ağır cəzaya məhkum edilməlidir.
Ədliyyə Başçısı Qulamhüseyin Möhseni Ejei deyib ki, qız tələbələri zəhərlədikləri üçün həbs edilənlər mühakimə olunacaq və ölüm cəzasını tələb edən “dünyada korrupsiya” maddəsi ilə ittiham olunacaqlar.
İran hakimiyyəti indiyədək hər hansı həbsin olduğunu açıqlamasa da, səhiyyə nazirinin müavini Yunus Pənahi şübhəli hücumların məqsədinin qızların təhsilini dayandırmaq olduğunu bildirib.
Medianews.az