Dünyaya gəlmək bizim qərarımız olmadığı kimi, bütün həyatımız boyu mənfi hadisələrlə qarşılaşmamaq da əlimizdə deyil. Belə olan halda isə insan daim xoşbəxt olmağı bacarmır. Hətta bəzən o duyğunu heç dada bilmir.
Bəs siz hər şeyə rəğmən sadəcə 9 addımla xoşbəxtliyi əldə etməyin mümkün olduğunu bilirdiniz? Aşağıdakı məqamlara diqqət yetirsəniz, mənfiliklər həyatınızdan ulduz kimi sürüşüb gedəcək. Sizə qalan isə təkcə xoşbəxtlik və müsbət aura olacaq.
- Sahib olduğunuz hər şeyə şükr edin
Mənfi emosiyalar və düşüncələrlə mübarizədə minnətdar olmaq əlimizdə olanı qiymətləndirmək üçün özümüzü yaxşı hiss etməyimizin ən vacib yollarından biridir. Hər kəsin həyatında əlbət ki şükür edəcəyi bir şey vardır: Ailəniz, dostlarınız, yaşadığınız ev, yeni günə oyanış…
İnsanın şükür etməsi üçün bildiyi hər şey haqqında yaxşı fikirləri ola bilər və ümid hissi keçirə bilər. Minnətdar olmaq üçün yaxşı hiss etdiyiniz hər şeyi edə bilərsiniz. İstər dua, istər meditasiya etmək, istərsə də məqalə yazmaq olsun. Bunu tətbiq etsəniz, nəticəni qısa zamanda görə biləcəksiniz.
- Hislərinizlə üzləşin
Ümidli olmaq bütün neqativ emosiyalara məhəl qoymamaq, onları boğmaq və ya heç olmamış kimi davranmaq deyil. Özünüzə və hisslərinizə mərhəmət göstərin. Onları yaşamaq və hiss etmək üçün özünüzə vaxt verin. Yaşadığınız hiss nə olursa olsun, o anda yaşayın. Məsələn, ağlamaqmı istəyirsiniz? o an bu duyğunu yaşayın və duyğularınızı olduğu kimi yaşamaqdan həzz alın. Çətin duyğuların öhdəsindən gəlməyin ən vacib şərti həmin duyğunu olduğu kimi yaşamaqdır və qəbul etməkdir.
- Yavaşlayın və anı yaşayın
Həyat o qədər sürətlə axır ki, bəzən biz o ritmə bağlanırıq və sanki hər şey nəzarətdən çıxıb xaosa çevriləcək kimi hiss etməyə başlayırıq. Çətin bir dövrdən keçdiyiniz zaman, anın içində qalmaq, düşündüyünüz və hiss etdiyiniz şeylərə baxmaq, sizə mənfi təsir edən düşüncələri idarə etmək və müsbət xatirələrə daha çox sahib olmaq daha yaxşı hiss etməyinizə kömək edəcək. Əgər anda qalmaq, sürəti azaltmaq, daxili dünyanıza qayıtmaq sizin üçün çox çətin və yaddırsa, meditasiya və nəfəs məşqləri kimi fəaliyyətlər bu mövzuda sizə kömək edəcək.
- Sizə müsbət təsir edən insanlarla görüşün
Hamımızın həyatında Pollyanna dediyimiz, pis hadisələri müsbət tərəfini görməyi bacaran ən azı bir insan var. Eynən hər şeyə pis baxan və enerjisi pis olan adamlar kimi. Minnətdar olmağı bilməyən, daim şikayətlənən və hər şeyə bədbin baxan bir insanın daim ətrafınızda olması ümid duyğusunun itməsinə səbəb ola bilər. Buna görə də ətrafınızda sizə özünüzü yaxşı və ümidli hiss etdirən insanları daha çox saxlayın. Həmişə sizi yaxşı hiss etdirən insanlarla əlaqədə qalın.
- Perspektivlərinizi yeniləyin
Baş vermiş hadisəni nə ləğv edə, nə də dəyişdirə bilərik. Amma biz həmin hadisə ilə bağlı düşüncələrimizi və hisslərimizi dəyişə bilərik. Həyatınızda sizi bezdirən bir hadisə ilə qarşılaşdığınız zaman “Niyə bu pis şeylər mənim başıma gəlir, həmişə pis hadisələri özümə çəkirəm?” “Mənim başıma bundan başqa nə gələ bilər ki?” deyə düşünmək yerinə pis hadisələrdən dərs almaq və yeni öyrəndiklərimizlə özümüzü təkminləşdirməyə çalışmaq daha məqsədəuyğundur. Mənfi düşüncələrə qarşı nə qədər çox mübarizə apara bilsək, həyatımızda bir o qədər ümid yaranır. Ona görə də həyata baxış tərzimizi yeniləyib, müsbətə doğru dəyişməliyik.
- Mənfi yüklü informasiya və məlumatlardan qaçın
Təbii ki, yaşadığımız texnologiya əsrində bu çox çətindir, lakin imkansız deyil. Bir neçə gün televiziya və sosial mediadan uzaq durun. Xəbər ala biləcəyiniz mənbələri məhdudlaşdırın. Bu xəbərləri izləyəcəyiniz platformalar yerinə sizə daha yaxşı təsir edən səhifələri izləyin. Pis xəbərlərə nə qədər az məruz qalsanız, bir o qədər xoşbəxt hiss edəcəksiniz.
- Gələcək üçün qurduğunuz planları xatırlayın
Ümidli olmağın ən yaxşı yollarından biri də gələcəkdə nə etmək istədiyinizi özünüzə xatırlatmaqdır. İş həyatınızda hansı yenilikləri etmək istərdiniz? Hara səyahət etməyi xəyal edirsiniz? Gələcək üçün hansı işləri planlaşdırırsınız? Gələcəklə bağlı planlar həmişə həm ümidverici, həm də həyəcanvericidir. Bu hisslər bizi eyni zamanda baş verən hadisələrin hər zaman pis qalmayacağına, ümidli günlərin gələcəyinə inandırır.
- Özünüzə diqqət edin
Çətin dövrlərdən keçərkən özünüzə həmişəkindən daha çox diqqət yetirin. Belə vaxtlarda özünüzü yaxşı hiss etdirən, dinclik verən və motivasiya edən fəaliyyətlərə zaman ayırın. Həmin vəziyyət həm özünüzə olan hislərinizin müsbətə doğru artmasına, həm də düşüncələrinizin mənfiliyinin azalmasına şərait yaradacaq.
- Həyatla mübarizə apara bilmirsinizsə, dəstək alın
Həyatdakı bütün çətinlikləri tək başına öhdənizə götürmək və həll etmək vacib deyil. Yalnızlıq bəzən insanı çox zəif hiss etdirə bilər. Ailənizdən, dostlarınızdan və yaxınlarınızdan dəstək istəməkdən çəkinməyin. Bunlar kifayət deyilsə, peşəkarlardan yardım alın.
UNUTMAYIN
Başımıza gələn yaxşı və ya pis hadisələr heç birimizin nəzarətində deyil. Buna görə də, ən vacib məqam nəzarət edə biləcəyimiz nüanslara diqqət yetirməkdir. Çətin vaxtlardan keçdiyiniz zaman öz öhdənizə düşəni etməyə çalışın, artığını deyil.
Aytac Şahin
Medianews.az