Polis və etirazçılar arasında qarşıdurma 15 nəfərin yaralanmasına səbəb olub.
Medianews.az xarici mətbuata istinadla bildirir ki, Şri-Lanka hökumətinin ölkədəki iqtisadi böhran səbəbindən yerli seçkiləri maliyyələşdirə bilməyəcəyini açıqladıqdan sonra Milli Xalq Gücü Partiyasının minlərlə üzvü paytaxt Kolomboda etiraz aksiyası keçirib .
Prezident binası ilə yanaşı bəzi əhəmiyyətli ictimai binaların olduğu əraziyə getməyə çalışan nümayişçilərə polis müdaxilə edib.
Polisin gözyaşardıcı qaz və şırnaqdan istifadə etməsi 15 nəfər yaralanmasına səbəb olub.
Medianews.az