Nobel mükafatı laureatı biokimyaçı Pol Berq 96 yaşında vəfat edib.
Medianews.az bildirir ki, DNT molekullarını birləşdirən ixtirası ilə diqqət çəkən və biotexnologiya sənayesinin əsasını qoyan ad olaraq Nobel mükafatı alan Paul Berqin Kaliforniyadakı Stanford Universitetinin kampusundaki evində vəfat etdiyi açıqlanıb.
96 yaşında dünyasını dəyişən alim 1950-60-cı illərdə DNT-nin ikiqat spiral quruluşu ilə bağlı araşdırmaları ilə diqqət çəkib və genetik məlumat parçalarının bir orqanizmdən digərinə ötürülməsinin mümkün olub-olmadığını araşdırıb.
O, rekombinant DNT texnologiyası üzərində işinə görə 1980-ci ildə Valter Gilbert və Frederik Sangerlə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Amerikalı alim 30 iyun 1926-cı ildə Bruklin şəhərində anadan olub. Onun valideynləri rusiyalı yəhudi mühacir cütlükləri idi. Uğurlu təhsil həyatı yaşayan Berg eyni zamanda Beta Sigma-nın üzvü idi.
Təhsil aldıqdan sonra Kopenhagen və Vaşinqtonda işləyib. DNT-yə döndüyündə, bir molekula başqa bir növdən DNT əlavə edərək, iki fərqli DNT növü olan bir molekul meydana gətirib. O, bunu edən ilk alim olub. Bu genlərin birləşdirilməsi texnikası müasir gen mühəndisliyinin inkişafında fundamental addım kimi elm tarixinə düşüb.
Berg bu texnikanı inkişaf etdirdi və sonra onu viral xromosomların öyrənilməsi üçün istifadə etdi.