Bazar, 26 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıda 58 min insanı maraqlandıracaq VACİB XƏBƏR

TURAN
20/02/2023 12:25
172
BAXIŞ
FacebookTwitterTelegram

Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb.

TƏBİB-dən Medianews.az-a verilən məlumata görə, vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.

Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.

Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb. Belə ki, ilkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikasında da davam etdiriləcək.

Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək.

BBSM-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılovanın sözlərinə görə, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı:

“Ambulator tibbi kitabçaların axtarılması, həmçinin vətəndaşın qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Bu eyni zamanda həkimlərə xəstələrin əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Ölkənin istənilən rayonunun ərazisində yaşayan vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək mümkün olacaq”.

Qeyd edək ki, bu məqsədlə E-Tebib proqramında müvafiq həkim səhifəsinin yaradılması ilə bağlı texniki tapşırıqlar hazırlanıb və tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinə təqdim olunub.

DAHA ÇOX OXU

1-MANŞET

Novruz tətilindən sonrakı ilk iş günündə hava necə olacaq?

26/03/2023 13:13
1-MANŞET

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03
1-MANŞET

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52
1-MANŞET

Rus PUA-ları vuruldu – TƏCİLİ

26/03/2023 11:47
1-MANŞET

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra.. (VİDEO)

26/03/2023 11:29
1-MANŞET

Dövlətə xəyanət edən məmur ölüm cəzası alacaq – ŞOK QƏRAR

26/03/2023 11:10
SON XƏBƏR

İnfartın ilkin əlamətləri- aylar əvvəl xəbər verir...

Bakıda yaşayan ermənilər etiraf etdi: Bizə bir nəfər də olsun... - VİDEO

Atalığının zorladığı 14 yaşlı Günayın qətlinin əsl səbəbi- TƏFƏRRÜAT - VİDEO

Xəbər lenti

EV, SEVGİ, KARYERA – Apreldə həyatları alt-üst olacaq 3 bürc

26/03/2023 16:04

Ermənistan-Türkiyə matçındakı avtoqol haqda tarixi məqam – FOTO

26/03/2023 15:43

Sevgilisinə xəyanət edən qızı belə “tutdular” – VİDEO

26/03/2023 15:28

“Şou-biznes adamları ciddi olmur, ailə qurmaram”

26/03/2023 15:04

Bakıda evdə yanğın olub – Xəsarət alanlar var

26/03/2023 14:49

Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: Məşhur şəxs VƏFAT ETDİ – FOTO

26/03/2023 14:30

Ev almaq istəyənlərə XƏBƏR VAR – 28 mart tarixində saat 10:00-da…

26/03/2023 14:22

Məşhur azərbaycanlı aktrisa QƏZA KEÇİRDİ – Vəziyyəti… – FOTOLAR

26/03/2023 14:02

XƏBƏRDARLIQ: Azərbaycanın bəzi rayonlarında…

26/03/2023 13:51

Bakıda qeyri-adi qəza – VİDEO

26/03/2023 13:33

Novruz tətilindən sonrakı ilk iş günündə hava necə olacaq?

26/03/2023 13:13

Nigahdan kənar yaşadığı qadının evinə gizli kamera qoydu – Görüntləri izləyəndə ŞOK OLDU – Azərbaycanda olay / VİDEO

26/03/2023 13:06

Ağır qəza böyük faciəyə səbəb oldu

26/03/2023 12:37

Məşhur aktrisa xərçəngdən öldü – FOTO

26/03/2023 12:25

Səidə Sultan yenə od püskürdü : “Efirdə şir, pələng, canavardırlar” – VİDEO

26/03/2023 12:15

Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana… – VİDEO

26/03/2023 12:05

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” – FOTO

26/03/2023 11:52

Rus PUA-ları vuruldu – TƏCİLİ

26/03/2023 11:47

Sevgilisinə xəyanət edən qızı sosial şəbəkələrdə … – VİDEO

26/03/2023 11:41

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra.. (VİDEO)

26/03/2023 11:29

Dövlətə xəyanət edən məmur ölüm cəzası alacaq – ŞOK QƏRAR

26/03/2023 11:10

Razi Nurullayevin müsahibəsi DAYANDIRILDI – “Hansı haqla?”

26/03/2023 10:53

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.