Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ 10 ildə böyük dağıntılara səbəb olarkən, Malatyanın Doğanşehir rayonundakı Eskiköy kəndi zəlzələdə açılan yarıqla ikiyə bölünüb.
Medianews.az xəbər verir ki, 16 kilometr uzunluğundakı zəlzələ yarığından cənubdakı evlərin 2 metr aşağı endiyi, şimaldakıların isə stabil vəziyyətdə olduğu kənd dron kamerası ilə görüntülənib.
Qeyd edək ki, Kahramanmaraşda baş verən iki zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olub. Minlərlə binanın uçduğu, 35 mindən çox insanın həyatını itirdiyi zəlzələnin 10-cu günündə axtarış-xilasetmə işləri sürətini azaltmadan davam edir.
Medianews.az