Kamçatkada 5,2 bal gücündə zəlzələ baş verib.
Medianews.az Rusiya mətbuatına istinadla xəbər verir ki, son bir neçə saat ərzində Kamçatka ərazisində ikinci zəlzələ baş verib.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin hesablamalarına görə zəlzələnin bu dəfəki maqnitudası 5,2 olub.
Yeraltı təkanların episentri Ust-Kamçatskdan 35 km aralıda olub.