“4 bala qədər olan təkanların o qədər də qorxusu yoxdur. Ancaq hər ehtimalı nəzərə almaqda fayda var”.
Xəbər verdiyimiz kimi, az öncə Xəzər dənizində zəlzələ olub. Zəlzələ yerli vaxtla saat 14:19-da qeydə alınıb.
Maqnitudası 3.4 olan yeraltı təkan 60 km dərinlikdə baş verib.
Medianews.az xəbər verir ki, sözügedən hadisə ilə bağlı seysmoloq Ənvər Əliyev saytımıza açıqlama verib.
Ekspert bildirib ki, bütün hallarda diqqətli olmaq lazımdır:
“Narahatlığa ehtiyac yoxdur. Bu təkanlar hər il Xəzər dənizində hiss olunur. Əgər hər hansı təhlükəli hal müşahidə olunarsa, bu zaman otağa girib, qapını bağlamaq olmaz. Bütün hallarda ehtiyatlı olmaq lazımdır. Diqqəti əldən vermək olmaz. Bizim yaşadığımız ərazi diqqət tələb edən yerlərdən biridir”.
Aytac Şahin
Medianews.az