Türkiyə iki böyük zəlzələ ilə tarixin ən dəhşətli günlərini yaşayır. Xilasedicilər fasiləsiz zamana qarşı mübarizə aparır. Hər ümid xilasediciləri daha da ruhlandırır. Lakin itkilər hər an artır.
Medianews.az xəbər verir ki, Hatayın Antakya rayonundakı Rana Apartmanın da dağıntıları altında bir-birini qucaqlayan ailənin cəsədləri aşkarlanıb.
Antakyada yaşayan inşaat mühəndisi Mehmet Okay (45) , müəllimi həyat yoldaşı Ebru Okay (45), uşaqları Hayrettin Yiğit (15) və Beren Okay (6) zəlzələ zamanı binanın dağıntıları altında qalıblar . Axtarış-xilasetmə işləri nəticəsində Okay ailəsinin cəsədləri zəlzələnin 4-cü gündə tapılıb.
Okay ailəsinin dağıntılar altında bir-birinə sarılması xilasediciləri kədərə boğub.
Artıq ailə torpağa tapşırılıb.