Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Tiflisdə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir – FOTOLAR

XƏYALƏ
10/02/2023 18:02
49
BAXIŞ
FacebookTwitterTelegram

Forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur. Tədbir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Forum iştirakçılarını hər iki Qarabağ müharibəsində Şəhid olan, eyni zamanda, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Daha sonra T.Allahverdili Forumun bütün dünyada keçirilməsinin vacibliyindən qeyd edib: “Mən öz növbəmdə Gənclər Fonduna, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə dəstəkdən dolayı təkkür edirəm”

“Azərbaycanlı və gürcü gənclərin sülh çağırışına digər ölkələrin də gənclərinin qoşulacağına inanırıq”, – deyə T.Allahverdili vurğulayıb.
Sonra layihə rəhbəri, ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov çıxış edərək Azərbaycan tarixində ilk dəfə baş tutacaq Forumun Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını deyib. S.Abbasov bu istiqamətdə beynəlxalq layihələrin keçirilməsinin vacibliyindən danışıb: “Bu gün “Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu”nda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edir. “Heydər Əliyev 100” ili çərçivəsində baş tutan Forumun əsas məqasədi Qarabağ həqiqətlərini Gürcüstanda yaymaq, eyni zamanda, regionda sülh prosesinin əhəmiyyətini gənclərə çatdırmaqdan ibarətdir. Bu Forum Azərbaycan tarixində ilk dəfədir keçirilir. Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə, bütövlükdə mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur.”
Daha sonra S.Abbasov çıxışda bildirib ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanlı gənclər bu reallıqlardan çıxış edərək gürcü həmyaşıdlıları ilə birlikdə regionda davamlı sülhün bərqərar olunması və dayanıqlı inkişafa nail olmaq üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Tədbirin əsas məqsədi də gürcü gənclərlə birlikdə regionda davamlı sülh uğrunda mübarizənin əsasını qoymaqdır.

Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Fövqaladə Səfirliyinin rəsmisi Eldar Bayramov çıxış edərək Forumun Gürcüstanda keçirilməsinin vacibliyindən danışıb. Daha sonra çıxışında E.Bayramov bildirib ki, tədbirin Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Tbilisidə təşkili də mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderə Gürcüstanda da böyük sevgi var və onun irsi qonşu ölkədə də öyrənilir.
E.Bayramov son günlər regionda və dünyada baş verən hadisələrdən danışıb. Bildirib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə regionda əsas rol oynayan dövlətə çevrilib. Bu gün Azərbaycanın təşəbbüsü və Türkiyə ilə Gürcüstanın birgə iştirakı ilə reallaşan irimiqyaslı layihələr dünyanın diqqət mərkəzindədir. Bu üç dövlət qərblə şərq arasında əsas körpü rolunu oynayırlar. Lakin bizim möhkəmlənməyimizi, birliyimizi istəməyən qüvvələr də var. Onlar bütün vasitələrdən istifadə edərək Azərbaycana və digər ölkələrə maneə olmaq istəyirlər.
Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu və erməni separatçılarının digər qanunsuz əməlləri buna sübutdur.
Diplomat regionda davamlı sülhə nail olmaq üçün azərbaycanlı gənclərin təşəbbüsü ilə belə bir forumun təşkil olunmasını və gürcü gənclərin də bu tədbirdə iştirakını yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva çıxış edərək rəhbərlik etdiyi qurumun Gürcüstandakı fəaliyyətindən danışıb və hər zaman Mərkəzin bu kimi layihələrə önəm verdiyini deyib.

İş adamı, “Biotech” şirkətinin rəhbəri Orxan Mahmudov isə çıxış edərək bu kimi Forumların investisiya mühitinə mühüm təsir etdiyini dedi.
Daha sonra layihə çərçivəsində hazırlanan 5 dəqiqəlik videoçarx gənclərə təqdim olundu.

Sonda gənclərin sualları cavablandırılıb, müzakirələr aparılıb, təkliflərin qeydiyyatı həyata keçirilib, digər çıxış edənlər isə tədbirin əhəmiyyətindən danışıb, gənclərin təşəbbüsü ilə sülh platformasının daha da genişlənməsinin vacibliyini vurğulayıblar.
3 günlük forumun yekununda layihə çərçivəsində iştirak edən 25 gəncə Sertifikat, papaq, geyim və suvenirlər təqdim olunub.

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir.











DAHA ÇOX OXU

1-MANŞET

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33
1-MANŞET

İlham Əliyev Fazil Mustafa ilə bağlı GÖSTƏRİŞ verdi – SON DƏQİQƏ

29/03/2023 17:05
1-MANŞET

11 mərtəbəli bina BOŞALDILDI – HƏYƏCANLI ANLAR(FOTO)

29/03/2023 16:48
1-MANŞET

Prezident SƏRƏNCAM İMZALADI

29/03/2023 16:22
1-MANŞET

Uçurumun kənarındadır, amma hamı ora AXIŞIR – BU DA SƏBƏB(VİDEO)

29/03/2023 15:49
1-MANŞET

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏ BİLƏR

29/03/2023 15:30
SON XƏBƏR

Yeni marşrut xətti açılır

Türkiyənin məhşur aparıcısına AĞIR İTKİ ÜZ VERDİ

Türkiyədə zəlzələdə dağılan iqamətgahın podratçısı saxlanılıb - FOTO

Xəbər lenti

Bu ölkələrlə quru sərhədlərimiz açılır – Tarix bilindi

30/03/2023 09:53

Ərdoğandan ŞOK sözlər

30/03/2023 09:46

Gəminin yanması faciəyə səbəb oldu

30/03/2023 09:36

Mərhum reperin müğənni sevgilisi həbs olundu

30/03/2023 09:14

Ən güvənilən 5 bürc – Bütün sirlərinizi aça bilərsiniz

30/03/2023 08:53

Avtobus qəzası — Ölən və yaralananlar var

30/03/2023 08:48

Gözlənilən BAŞ TUTDU: “Dərviş band” və Niyaməddin Musayev birgə duet oxudu – VİDEO

30/03/2023 08:43

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02

Ebru Şallı boşanır

30/03/2023 06:46

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

29/03/2023 21:18

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…

29/03/2023 18:41

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

29/03/2023 18:05

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

29/03/2023 17:29

Azərbaycanda direktora şiddətli töhmət verildi, müavin işdən çıxarıldı

29/03/2023 17:27

Nəfəs məsuliyyətə cəlb olunacaq?

29/03/2023 17:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.