Rusiya Prezidenti Vladimir Putin Türkiyədə baş verən zəlzələ ilə bağlı yeni göstəriş verib.
Cebhe.info xəbər verir ki, qərara əsasən axtarış-xilasetmə işlərində çalışan Rusiya qruplarının sayı artırılacaq.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Putin fövqəladə hallar naziri Aleksandr Kurenkova dağıntılar altında qalanları xilas etmək üçün Türkiyəyə göndərilən xilasedicilərin sayının artırılmasını tapşırıb. Bu gün də Rusiyadan Türkiyəyə 50 nəfərlik bir komanda və 11 həkim göndərilib. Yeni heyət artıq qardaş ölkəyə çatıb.
Bununla da bölgəyə göndərilən rus mütəxəssislərin sayı 150-yə çatıb. Hazırda onların Kahramanmaraşda xilasetmə əməliyyatlarında iştirak etdikləri qeyd olunub. Həmçinin, ruslar tərəfindən zəlzələ bölgəsində müalicə, cərrahiyə və reanimasiya bbölmələri olan səhra xəstəxanası da yerləşdirilib.
Nazirlik Rusiya tərəfindən İskenderun Limanında baş verən yanğını söndürmək üçün “Be-200” yanğınsöndürmə təyyarəsinin göndərildiyi və 60 ton su töküldüyü barədə də məlumat verib.