Cümə, 24 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü – TƏFƏRRÜAT 

XƏYALƏ
09/02/2023 08:24
447
BAXIŞ
FacebookTwitterTelegram

2021-ci il martın 22-də Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində 1954-cü il təvəllüdlü Ramiz Kərimov vəfat edir. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları meyitin üzərindəki zorakılıq əlamətlərinin səbəbini soruşub. Mərhumun arvadı və oğlu onun yüksək təzyiqi olduğundan, həmçinin bayram günü spirtli içki qəbul etdiyindən həyətdə yıxılaraq, xəsarət aldığını deyiblər.

Həkim şübhəli ölümlə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verib.

Həmin gün şübhəli şəxs qismində mərhumun oğlu, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü İlqar Kərimov saxlanılıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə üzrə cinayət işi

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Ramiz Kərimov mütəmadi münaqişə yaradıb, ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Martın 20-də axşam o, araq içəndən sonra arvadı Tamilla Kərimovadan yenidən spirtli içki gətirməsini tələb edib. Arvadı imtina edəndə Ramiz Kərimov həyat yoldaşını döyüb. Oğlu İlqar Kərimov araya girib atasını sakitləşdirməyə çalışarkən, atasının onu söyməsindən hiddətlənib. Ramiz Kərimova yumruqla zərbələr vuraraq, onu yerə yıxıb. Hadisədən sonra, anası ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə edib. İlkin yardım göstərməsinə baxmayaraq, R. Kərimov martın 22-i səhər saat 6-da ölüb.

İş üzrə dindirilmiş İlqar Kərimov bildirib ki, bacısı 16 il əvvəl ailə həyatı qurub, həmin vaxtdan o, valideynləri ilə birlikdə qalıb. Atası son 12 ildə daim spirtli içki qəbul edib və ailədə söz-söhbət yaradıb:

 

İlqar Kərimov

“Ramiz Kərimovun hərəkətləri bizi hövsələdən çıxarsa da, bir dəfə də olsun ona heç kim əl qaldırmadı. Təzyiqi olduğundan ara-bir müvazinətini itirib, yıxılsa da, heç vaxt həkimə müraciət etməmişdi. Martın 20-də axşam bayram süfrəsinə əyləşdik. Spirtli içki qəbul edəndən sonra atam anama marketdən araq alıb gətirməsini dedi. Anam atama spirtli içkini az qəbul etməsini, bu qədər içməklə canına qəsd etdiyini və araq almayacağını bildirdi. Bundan əsəbiləşən Ramiz Kərimov anamı söyməyə başlayanda, onu sakitləşdirməyə çalışdım. Amma atam məni itələdi, masada olan boşqabı götürüb anamın başına çırpdı.

Anamın alnından qan axdığını görüb bir anlıq etdiyim hərəkəti fikirləşmədən, atamın sağ gözünə yumruqla zərbə vurdum. Zərbədən atam arxaya getdi və divanda oturdu. Həyətə çıxıb bir az özümə gələndən sonra yenidən evə keçdim və anama özümdən asılı olmayaraq atamı vurduğumu söylədim. Anam mənə darıxmamağımı və hər şeyin yaxşı olacağını dedi. Ayın 22-də səhər atam özünü narahat hiss etdi və qəflətən halı pisləşdi. Dərhal Təcili Tibbi Yardım stansiyasına zəng edib məlumat verdik. Həkimlər müayinə edib atamın öldüyünü bildirdilər. Mərhumun üzündə və bədənində xəsarǝtlər olduğu üçün həkimlər polisə məlumat verdilər. Atamın üzünə yumruqla zərbə vurduğumu polis əməkdaşlarına bildirmədim. Atamın meyiti patoloji anatomiya şöbəsində müayinə edildikdən sonra, bizə təhvil verildi. Həmin gün şübhəli şəxs qismində saxlanıldım”.

DAHA ÇOX OXU

Hadisə

DİN qəza ilə bağlı məlumat yaydı

24/03/2023 00:01
Hadisə

Şamaxıda gecə saatlarında dəhşət- Ölən var

23/03/2023 23:22
Cəmiyyət

Sevgilisi ilə plan qurub atasını öldürdü- Atam 16 yaşımdan bəri mənə dəfələrlə təcavüz edib

23/03/2023 16:18
Cəmiyyət

İş adamlarını soyan azərbaycanlı quldur: Pulları uşaq evlərinə göndərirmiş: FİLM KİMİ

23/03/2023 14:23
export

Vida mərasimində Dilarə Əliyevanın halı pisləşdi – VİDEO

23/03/2023 13:06
export

Avtobusda qəribə anlar – Gənc qız qoca kişinin qucağında… – VİDEO

23/03/2023 12:17
SON XƏBƏR

BİZİM TƏQVİM: Azərbaycanın növbəti parlamenti 3 yaşını bitirdi, buraxılması gözlənilirmi?

Dağıntılar altından çıxarılan qızın ilk xahişi ürəkləri sızlatdı:"Sadəcə susamışam"-VİDEO

Bir anda məhv olan Kahramanmaraşın əvvəliki və sonrakı vəziyyəti -

Xəbər lenti

DİN qəza ilə bağlı məlumat yaydı

24/03/2023 00:01

Mahsun Kırmızıgül 18 il öncəni təkrarlayacaq

23/03/2023 23:48

Azərbaycan millisi məğlub oldu

23/03/2023 23:29

Şamaxıda gecə saatlarında dəhşət- Ölən var

23/03/2023 23:22

Məşhur bloqer xarici agent elan olundu

23/03/2023 23:01

Gənc qızların çəkdiyi video onlara baha başa gəldi – VİDEO

23/03/2023 22:41

Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı – Oqtay Əliyevin ən böyük arzusu nə idi? (FOTO)

23/03/2023 22:24

Dilarə Əliyeva həyat yoldaşı ilə vidalaşdı – VİDEO

23/03/2023 22:06

Dolları nə gözləyir? – EKSPERT RƏYİ

23/03/2023 21:49

“Oqtayın övladlarının Dilarəyə dəstək olmalarına heyranam”

23/03/2023 21:32

Valideynlərin mübahisəsi uşağa necə təsir edir?

23/03/2023 21:17

Sabaha olan hava proqnozu açıqlanıb

23/03/2023 20:50

“Whatsapp”da yeni funksiya olacaq

23/03/2023 20:36

Ən təhlükəli 4 BÜRC – Çalışın onlarla düşmənçilik etməyin

23/03/2023 20:23

Elçin Əlibəyli: “Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”

23/03/2023 20:08

Paşinyandan sülh sazişi bəyanatı

23/03/2023 19:57

Sənətçilərdən Oqtay Əliyev haqqında təsirli sözlər – “Hələ də özümə gələ bilmirəm”

23/03/2023 19:41

Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların – Adları

23/03/2023 19:29

London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı – Fotolar

23/03/2023 19:13

Azərbaycanda ən yüksək maaşı bu peşə sahibləri alır

23/03/2023 19:03

Məşhur müğənni eşitmə qabiliyyətini itirdi

23/03/2023 18:55

“Zəlzələ peyğəmbəri”ndən daha bir qorxunc proqnoz – Fərqli nöqtələri göstərdi

23/03/2023 18:44

Yeni Zellandiya hökuməti “eşq acısı” çəkən gənclər üçün 4 milyon dollarlıq büdcə ayırdı

23/03/2023 18:40

ABŞ vətəndaşları Baydeni dəstəkləmir: Reytinqi aşağı düşüb – RƏQƏMLƏR

23/03/2023 18:32

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.