Kahramanmaraşdakı zəlzələlərin fəsadları hər keçən dəqiqə daha da ağırlaşarkən bölgədən yayılan bu görüntü hər kəsi kövrəldib.
Medianews.az xəbər verir ki, ata zəlzələdə dünyasını dəyişən 15 yaşlı qızının şaxtalı soyuğa baxmayaraq əlini buraxmayıb.
Məsut Hançer zəlzələdə həyatını itirən 15 yaşlı qızı İrmakın əlini havanın soyuq olmasına baxmayaraq bir saniyə belə buraxmayıb. Kədərli ata zəlzələnin ilk günündən binanın dağıntıları arasında qızını gözləyir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.
Medianews.az