Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kahramanmaraşın Pazarcık rayonunda olan və ümumilikdə 10 vilayətdə baş verən 7,4 bal gücündə zəlzələ ilə əlaqədar 370 nəfərdən ibarət axtarış-xilasetmə qrupunun Türkiyəyə göndəriləcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada bildirilib ki, Prezident İlham Əliyev Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyəyə köməklik göstərilməsi ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, çadır və tibbi ləvazimatlardan ibarət yardım təyyarəsi artıq Türkiyəyə yola düşüb.
Medianews.az
Mehin Mehmanqızı