Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən “Lassa” qızdırmasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Medianews.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə ölkədə epidemiyanın artması ilə əlaqədar fövqəladə vəziyyət elan edildiyini və virusa qarşı işlərə başlanıldığı bildirilib.
Yanvar ayında ölkədə 244 nəfərdə aşkar edilən xəstəlikdən 37 nəfər dünyasını dəyişib.
Qeyd edek ki, epidemiya ilk dəfə Nigeriyada 1969-cu ildə Borno əyalətində aşkar edilmişdir.
Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması insanları məhv etməkdə davam edir. Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.
Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilir və ölümcül hemorragik qızdırma yaradır. Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaq barədə xəbərdarlıq edib.
Mehin Mehmanqızı
Medianews.az