İstanbulda yanğınsöndürənlər hadisə yerinə getdikləri evdə çarpayının altından çarşafla sarılmış yanan qadının cansız cəsədini aşkar ediblər.
Medianews.az xəbər verir ki, hadisə yerində meyitin yanında balta aşkar edilib.
Dəhşətli hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Evdə kirayədə qalan iki xarici ölkə vətəndaşı və ev sahibi saxlanılıb. Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir.
Medianews.az