Böyük Britaniyada 200-ə yaxın uşağın hökumət tərəfindən idarə olunan yataqxanalara yerləşdirildikdən sonra itkin düşdüyü bildirilib.
Medianews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəsmisi Saymon Murray Lordlar Palatasında verdiyi açıqlamada sığınacaq istəyən uşaqların itkin düşdüyünü,hələ də tapılmadığını qeyd edib.
Dövlət rəsmisi bildirib ki, hökumət tərəfindən idarə olunan yataqxanalara yerləşdirildikdən sonra itkin düşən uşaqların çoxu daha sonra izlənilib və tapılıb.
Sözügedən uşaqlar arasında bir qız və 16 yaşından kiçik ən az 13 nəfərin olduğunu, eyni zamanda , uşaqların yüzdə 88-nin Albaniya vətəndaşı olduğunu bildirib.
Mehin Mehmanqızı
Medianews.az