Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları barədə açıqlama verib.
Medianews.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamaq və danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib.
“Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformanın təmin edilməsi ilə bağlı Rusiyanın təklifi qüvvədə qalır”, – nazirliyin bəyanatında deyilir.
Moskva xatırladıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-də Rusiya paytaxtında sülh müqaviləsi üzrə görüşü planlaşdırılıb, lakin Ermənistan rəhbərliyi xarici işlər nazirinin səfərini ləğv edib.
Dekabrda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Rusiya tərəfi vətəndaşların, nəqliyyatın və yüklərin daşınması üçün Laçın dəhlizinin fəaliyyətinin bərpasında irəliləyişin olmamasından narahatdır.
Mehin Mehmanqızı
Medianews.az