İranda hökumət əleyhinə aksiyaları təşkil etmək, onlara dəstək verməkdə ittiham olunan Faizə Haşimi-Rəfsəncani 5 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli mətbuata onun vəkili Nida Şəms bildirib.
İran İslam Respublikasının eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı olan 60 yaşlı Faizə Haşimi-Rəfsəncani sentyabrın 27-də saxlanılmışdı.