Medianews.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Makiivka şəhərində onlarla hərbçinin ölümü ilə nəticələnən Ukrayna hücumunun rus əsgərlərinin cib telefonlarından istifadə etməsindən qaynaqlandığını açıqlayıb. Nazirlik: “Bu yolla əsgərlərimizin koordinatlarını əldə ediblər. Ukrayna hücumda 400 rus əsgərinin öldüyünü açıqlasa da, bu rəqəm Rusiyaya görə 89 dur.
Qərb mətbuatında müharibə başlayandan hər iki tərəfin öz mobil telefonlarının yerini müəyyən edə bildiyi barədə məlumatlar yayılıb. Rusiyanın hücumunun başlamasından bir neçə həftə sonra “New York Times” ABŞ rəsmisinə istinadən xəbər yayıb ki, Ukrayna ordusu rus generalının telefon danışığını aşkar edib, beləliklə onun yerini müəyyənləşdirib, sonra isə onu öldürüb.
Eyni həftələrdə Sky News, Rusiyanın Leer-3 İHA sisteminin istənilən bölgələrdə uçduğunu, bölgədəki telefonların siqnallarını cib telefonu ötürücüsü kimi tutduğunu və bu məlumatı mərkəzə ötürdüyünü, yerin aşkarlanmasına imkan verdiyini də dərc edibi. Hər iki tərəfin mobil telefon siqnallarından yeri müəyyən edə bildiyi düşünülsə də, Makiivka hücumunun bu şəkildə həyata keçirildiyi haqda deyilənlərə şübhə ilə yanaşanlar da var. BBC Rus Xidməti tərəfindən işə götürülən ruslar kazarmaya girən kimi telefonlarının müsadirə olunduğunu deyirlər.
Digər tərəfdən, cəbhədəki rabitə sistemlərinin qeyri-kafi olması səbəbindən rus əsgərlərinin ara-sıra mobil telefonları ilə əlaqə saxladıqları barədə məlumatlar var. Bu, bəzi əsgərlərin cib telefonlarına sahib olmasına səbəb ola bilər.
BBC-nin Müdafiə müxbiri Conatan Beale rus əsgərlərinin mobil telefonları ilə hədəfə alınma ehtimalı haqqında yazıb.