Medianews.az xarici KİV- ə istinadla xəbər verir ki, Sentyabrın 19-dan bəri Böyük Britaniyada ən azı 30 uşaq “Strep A” bakteriyasının yaratdığı infeksiyaya görə vəfat edib.
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, “Strep A” bakterial infeksiyası səbəbindən ümumilikdə 122 nəfər ölüb.
Sentyabrın 19-dan indiyədək qədər isə 18 yaşınadək ən azı 30 uşaq xəstəlik səbəbindən dünyasını dəyişib.
2017-2018-ci illər ərzində 27-si 18 yaşdan aşağı olmaqla 355 nəfər “Strep A” bakteriyasından dünyasını dəyişib.
Xəstəliyə yoluxma halları əvvəlki illərə nisbətən daha çoxdur.
UKHSA, dekabrın 6-da etdiyi şərhdə, ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edib və antibiotiklərlə müalicə olunan xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğuna diqqət çəkib..
Agentlik, artımın çox güman ki, cəmiyyətdə bakteriyaların yüksək dövriyyəsi ilə bağlı olduğunu təxmin edib.
“Strep A” bakteriyasının insanların boğazına və dərisinə yerləşdiyi, tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bildirilir.
Bədənin bəzi yerlərində səpgilərə və dəri infeksiyalarına səbəb olan bakteriyalar bəzi hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.
Xəstəliyə səbəb olan bakteriyalar asqırma, öskürmə və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilir.
Mehin Mehmanqızı
Medianews.az