Şənbə, 1 Aprel 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Budapeşt, Praqa və Kişinyovda erməni eko-terroruna etiraz edilib – FOTO

Mehin
30/12/2022 10:30
15
BAXIŞ
FacebookTwitterTelegram

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərlə həmrəylik nümayiş etdiriblər.

APA xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə yaşayan azərbaycanlılar ölkəmizin ərazisində erməni eko-terroruna etiraz əlaməti olaraq dinc piket keçiriblər. Azərbaycanın bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Ekoloji cinayətə son!”, “Ekoloji terrora yox!”, “Ətraf mühitə bərpa olunması mümkün olmayan zərər vurulmasına son!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər.

Aksiya yerli və dünya ictimaiyyətinin diqqətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qeyri-qanuni istismarına cəlb etmək, Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərə dəstək nümayiş etdirmək olub.

Çexiyanın paytaxtı Praqada da ölkəmizin ərazisində erməni eko-terroru ilə bağlı dinc etiraz aksiyası keçirilib. Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə aksiya BMT İnformasiya Mərkəzinin, BMT-nin girovlar üzrə Ali Komissarlığının, UNİCEF-in Çexiya nümayəndəliyinin və digər beynəlxalq təşkilatların yerləşdiyi binanın önündə baş tutub.

Gənc soydaşlarımız aksiya ilə maraqlanan paytaxt sakinlərinə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qeyri-qanuni istismar olunması barədə ətraflı məlumat veriblər.

Erməni eko-terroruna daha bir etiraz aksiyası Moldovanın paytaxtı Kişinyovda BMT-nin bu ölkədəki nümayəndəliyi qarşısında baş tutub. Tədbirdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, ətraf mühiti qorumaq etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın borcudur. “Azərbaycanın təbii sərvətlərinin talanması və ərazilərinin çirkləndirilməsi isə artıq təkcə Azərbaycan xalqını deyil, bütün region əhalisini narahat edən ciddi problemə çevrilib”, – deyə o vurğulayıb. Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyanın sonunda bəyanat oxunub və BMT-nin Kişinyovdakı nümayəndəliyinə təqdim edilib.

Aksiyalarda Azərbaycanın təbii sərvətlərinin qanunsuz olaraq talandığı, ətraf mühitinin çirkləndirildiyi, ekosid törədildiyi bir vaxtda Rusiya sülhməramlılarının Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgəyə daxil olmasına və müşahidə aparmasına imkan vermədiyinə, bununla əlaqədar Şuşa-Xankəndi yolunda azərbaycanlı eko-fəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin fasiləsiz etiraz aksiyası keçirdiklərinə, amma heç bir humanitar böhranın yaranmasına yol vermədiklərinə diqqət cəlb edilib. Hər zaman ekoloji problemləri gündəmə gətirən beynəlxalq təşkilatların Qarabağda törədilən erməni eko-terroru qarşısında susqunluq nümayiş etdirməsi yolverilməz davranış adlandırılıb, Azərbaycan ictimaiyyətinin və dünya azərbaycanlılarının beynəlxalq təşkilatlardan Qarabağda qeyri-qanuni mədən hasilatına və ekoloji terrora son qoyulmasını tələb etdiyi vurğulanıb.

DAHA ÇOX OXU

Ölkə

Bakı küçələrində dəniz effekti – VİDEO

01/04/2023 13:46
Ölkə

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs olundular – RƏSMİ

01/04/2023 13:10
1-MANŞET

Azərbaycanda internetlə bağlı əhaliyə ŞAD XƏBƏR!

31/03/2023 17:04
1-MANŞET

XİN: “Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir”

31/03/2023 16:28
Ölkə

Bakı metrosunda təhlükəli anlar: Sərnişindən ağlasığmaz hərəkət (VİDEO)

31/03/2023 14:46
1-MANŞET

Prezident Agentliyə 6,7 milyon manat ayırdı – SƏRƏNCAM

31/03/2023 14:07
SON XƏBƏR

İran Milli Bankının direktoru istefa verib

"Ege Hospital"da ölüm hadisəsi olub

Bakı aeroportunda DƏHŞƏT: Qayınata yeznəsini baltaladı - VİDEO

Xəbər lenti

8 il sonra insanlar – Xərçəngə tutulmayacaqlar

01/04/2023 14:24

“Evlənəndə həyat yoldaşımı sevməmişəm”

01/04/2023 14:03

Bakı küçələrində dəniz effekti – VİDEO

01/04/2023 13:46

Konsert zamanı faciə – VİDEO

01/04/2023 13:23

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs olundular – RƏSMİ

01/04/2023 13:10

Xalq artistinə bahalı bağ evi hədiyyə edildi – VİDEO

01/04/2023 13:00

Onlar hər mövzuya zarafatla yanaşır – BU BÜRCLƏRƏ DİQQƏT!

01/04/2023 12:51

Su içərkən DİQQƏT – BU XƏSTƏLİKLƏR..

01/04/2023 12:40

Zakir Həsənovdan İrana XƏBƏRDARLIQ

01/04/2023 12:27

Təranə Qumral qəzəbləndi: “RƏDD OL” – FOTO

01/04/2023 12:17

Nazirliyin idarə rəisi döyülüb?

01/04/2023 12:00

Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verilib? – Özü açıqladı

01/04/2023 11:43

Azərbaycanlı iş adamı QƏTLƏ YETİRİLDİ – DƏHŞƏT

01/04/2023 11:28

“Yolda məni görüb demişdi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?”

01/04/2023 11:19

Laçınlılar bu xəbəri mütləq oxusun – VİDEO

01/04/2023 11:04

Rayonun ən hündür yerindən özünü atdı – 9 SAAT SONRA … (VİDEO)

01/04/2023 10:52

Bahalı avtomobilindən ətrafa atəş açan şəxs KİMDİR ? – VİDEO

01/04/2023 10:32

Xatuna kim elçi düşüb? – VİDEO

01/04/2023 10:14

Şirvan sakinlərindən 50 min dollar alan FIRILDAQÇI KİMDİR? – FOTO

01/04/2023 09:54

Azərbaycandan qaçan qadın məmur BU ÖLKƏDƏ SAXLANILDI

01/04/2023 09:39

İran Fazil Mustafanı buna görə hədəf aldı – Saleh İldırım AÇIQLADI

01/04/2023 09:32

Bakıda günlərdir axtarılan 18 yaşlı qız görün kiminlə və haradan tapıldı – FOTO

01/04/2023 09:22

“Mənim də alnıma bu yazı yazılıb”- Xalq Artisti

01/04/2023 08:53

Gözlərinizdə bu problem varsa… – Həkimdən XƏBƏRDARLIQ

01/04/2023 08:37

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.