Şənbə, 28 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Teatrdan çıxarılan 65 yaşlı aktrisa: “Xəstə adam 320 manatla necə dolansın?”

XƏYALƏ
07/12/2022 17:29
195
BAXIŞ
FacebookTwitterTelegram
“65 yaşı tamam olan aktyorların teatrın rəhbərliyi tərəfindən işdən azad olunması ilə bağlı deputat Aqil Abbasın parlamentdə problemi qaldırmasından televiziya vasitəsi ilə xəbər tutdum. Ümidləndim, inanıram ki, nazir Aqil Abbasın səsinə səs verəcək və məni teatra qaytaracaq”.
Bunu Qaynarinfo-ya açıqlmasında Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə tərəfindən işdən çıxarılan aktrisa Məsumə Babayeva deyib. Aktrisa deyir ki, işdən çıxarılması onun ağır xəstəliyə tutulmasına səbəb olub:
“Məni işdən çıxardan kimi stres keçirdim, xəstəlik tapdım. Vəziyyətim pis oldu, əməliyyat olundum. Xəstə olmağımla bağlı Mədəniyyət Nazirliyinə xəbər çatıb. Onlar da evə nümayəndə göndərib. Olanların hamısını danışdım. Dedilər ki, Anar Kərimliyə məruzə edəcəyik. Nəyi deyəcəklər, bilmirəm. İşdən çıxardılandan sonra onkoloji xəstəlik də tapdım. Xəstə adam 320 manatla necə dolansın? Bu pul heç dərmanlarıma çatmır”.
Məsumə Babayevanın sözlərinə görə, GTT-nin 90 illiyi ərəfəsində onu sözü gedən teatra çağırıblar:
“Elə bildim, təbrik edəcəklər. Getdim, “Tərəqqi medalı” verdilər. Birdən məni çağırdılar ki, direktor göstəriş verib, teatrdan çıxmaq üçün ərizə yazmalısınız. Mat-məəttəl qaldım. Bir zülmlə ərizə yazdırdılar mənə, yadıma düşəndə həyəcandan dayana bilmirəm. Mən nə fəxri ad aldım, nə başqa heç nə. Qonorarımı da vermədilər. Bu xəstə halımla məni axtaran yoxdur”.
Aktrisa bütün bunların yeni direktor Naidə İsmayılzadənin teatra təyinatından sonra baş verdiyini vurğulayıb:
“İstədim gedib dərdimi ona deyim, məni heç sayıb qəbul eləmədi. Katibəsi və hüquq şöbəsi mənı küncə sıxıb dedilər ki, ərizə yazmalısan, vəssalam. Bu da mənim 65 illik fəaliyyətim. İndi guya məni teatrda müqavilə ilə saxlayıblar. Amma teatrda oynanılan tamaşalara buraxmırlar. Teatrın direktoru deyib ki, müqavilə ilə işləyənlər teatra işə gəlməsin. O vaxt direktor 9 nəfəri eyni vaxtda işdən çıxardıb. İndi həmin aktyorların heç biri işə gəlmir. Bizim oynadığımız tamaşalardakı rolları başqa aktyorlara veriblər”.
Qeyd edək ki, bir müddət öncə GTT-dən 65 yaşı tamam olan 9 aktyor işdən çıxarılıb. Milli Məclisin deputatı Aqil Abbas parlamentdə GTT-də 65 yaşı olan aktyorların səhnədən uzaqlaşdırılmasına etiraz edib.

DAHA ÇOX OXU

Mədəniyyət

“Varlı qadın” Mingəçevir Dövlət Dram Teatrına gəlir

26/01/2023 13:02
Mədəniyyət

“O pulu balalarımın boğazından kəsib vermişdim” – Şəfiqə Məmmədovanın İttifaqına SƏRT SÖZLƏR

26/01/2023 12:03
Mədəniyyət

Azərbaycanlı rejissorun filmi Fransada beynəlxalq festivalda nümayiş olunub

26/01/2023 11:59
1-MANŞET

“Dövlət büdcəsindən quruma ayrılan 400 min manat hara xərclənir?”- Kinematoqrafçılar İttifaqında QALMAQAL

24/01/2023 14:23
Mədəniyyət

 “İnanıram” tamaşasının premyerası olub

23/01/2023 13:07
Mədəniyyət

 Nofəl Vəliyevin 50 illik yubileyi qeyd edilib

23/01/2023 12:06
SON XƏBƏR

“ABŞ Avropanı girov götürüb”-İranlı nazirdən sərsəm bəyanat

İsveç: Biz Üçlü Memorandumun şərtlərinə çox ciddi yanaşırıq

“Time” Zelenskini “İlin adamı” seçdi

Xəbər lenti

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – VİDEO

28/01/2023 10:01

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52

Azərbaycan mədəniyyətinə böyük İTKİ

28/01/2023 09:34

Xırdalanda su kəsildi

28/01/2023 09:28

Türkiyədə meşə yanğını davam edir

28/01/2023 09:25

“Küçəyə çıxa bilmirəm”

28/01/2023 06:30

BMT rəsmisi səfirliyimizə qarşı qanlı terror aktını pislədi – VİDEO

28/01/2023 06:06

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

28/01/2023 05:37

Yerusəlimdə terror aktı: Ölən və yaralananlar var – VİDEO

28/01/2023 02:38

Lavrov Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumla bağlı başsağlığı verib

28/01/2023 00:42

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

28/01/2023 00:36

Qayınanaları ölən kürəkənlər xəstəxananı bir-birinə qatdılar – ANBAAN VİDEO

27/01/2023 22:43

Ahtapotu diri-diri doğrayıb parçalara ayırdı – Qalmaqallı GÖRÜNTÜLƏR (VİDEO)

27/01/2023 22:36

TIR qırmızı işıqda dayanan kuryerin üstündən keçdi – ANBAAN VİDEO

27/01/2023 22:31

DƏHŞƏT: Həyat yoldaşı evdən getdiyi üçün 3 uşağını asaraq intihar etdi

27/01/2023 21:37

TBMM sədri Şentop azərbaycanlı həmkarına başsağlığı verib

27/01/2023 21:34

Təbrizdə qürurverici görüntülər – Şəhidimiz alqışlarla anıldı – VİDEO

27/01/2023 21:30

Qadınlar üçün məcburi hərbi xidmət tövsiyəsi

27/01/2023 21:15

Ərdoğan: Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır

27/01/2023 21:00

Kılıçdaroğlu: Azərbaycan tək deyil

27/01/2023 20:37

Terrorçu mikrofon qarşısında – VİDEO

27/01/2023 20:16

ABŞ elan etdi: Rəsmi olaraq “beynəlxalq cinayət təşkilatı” kimi tanınıb

27/01/2023 20:06

Danimarkada Qurani-Kərimin yandırılmasına Xarici İşlər Nazirliyindən SƏRT REAKSİYA

27/01/2023 18:53

450 min sənədsiz evlə bağlı ŞAD XƏBƏR – RƏSMİ

27/01/2023 18:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.