Ay Laçındır, Böyük Murov, can Kəlbəcər, çılğın, cavan Dəlidağ!
Ana Vətən övladıdır bu dağlar!
Bizdən qopan tarixin gözün oyan, haqları kor qoyan səhv hansıdır?
O İrəvan, eh İrəvan köksündə yan, dönəcəkdir Azərbaycan!
Qədim paytaxt, məğrur şəhər haradır?
O Gəncədir, Cavad xandan yadigar!
Odlar yurdu, baxan gözün haradır?
Xəzərin qoynundakı əziz şəhərdir Bakı!
Aydın!
Bu torpaqlar Vətən üçün can deməkdir!
Yaşlanıb ölmək üçün arzu-kam deməkdir!
Üç rənglinin günəşi Azərbaycan deməkdir!
Xatırladaq ki, bu şeir müəllifin vətənpərvərlik mövzusunda yazdığı ikinci şeiridir. Bundan əvvəl, Aydın Tağıyev Vətən müharibəsi zamanı şəxsi təşəbbüsü ilə iki layihənin rəhbəri və təşkilatçısı olub. Bunlardan biri ölkənin 20-yə yaxın tanınmış simalarının – dövlət, hökümət nümayəndələri, media nümayəndələri, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak etdiyi “Qarabağ həqiqətləri 1992-2020” layihəsidir. Digəri isə qələbəmizin şərəfinə yazılan və müəllif hüquqları müəllifə məxsus “İlk Zəfər Marşı”dır.
Həmçinin, müstəqil araşdırmaçı jurnalist müəllifi olduğu və 10 dildə dünya mətbuatında yayımlanan məqalələrindən ibarət “Fədakarlar bir amalın uğrunda” kitabını Ümummilli lider Ulu öndər Heydər Əliyevə ithaf edib.
Qeyd edək ki, müəllifin “Vətən” layihəsi hazırda şəhid ailələri ilə davam edir və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.