“Bu gün Azərbaycan hər şeyi istəyir, ona görə də Bakının sülh müqaviləsi və ya hər hansı digər sənəd imzalaması sərfəli deyil”.
Medianews.az xəbər verir ki, bunu politoloq Armen Ovannisyan Azərbaycanın Brüssel görüşündən imtina etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün Bakı maksimalist mövqedən çıxış edir: “Sərhədin özlərini istədiyi kimi yenidən qurulmasını, Zəngəzur vasitəsilə eksterritorial dəhlizi və Qarabağ məsələsinin rəsmən həllini tələb edir. Bu tələblərdən hər hansından geri çəkilmə Azərbaycan hakimiyyəti üçün “ağrılı güzəşt” kimi qiymətləndiriləcək”.
Ekspert hesab edir ki, Azərbaycan tərəfinin özünü rahat hiss etdiyi format yaranana qədər Bakı bu şəkildə manevr edəcək.
Zəfər