Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
APA xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bu gün vəzifəsindən çıxarılıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.
***
Abşeron rayon Mərkəzi Xəstəxanasını direktoru vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, xəstəxananın direktoru Mehriban Qaralova öz ərizəsi ilə işdən ayrılıb.
Sabiq direktor faktı təsdiqləyib.
O, bildirib ki, tutduğu vəzifədən azad edilib və başqa vəzifəyə təyinat alıb.