Bu ilin doqquz ayı ərzində 33 minə yaxın Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını alıb. Bu göstərici ötən illə müqayisədə 1,4 min azdır.
Medianews.az Rusiyanın TASS agentliyinə istinadən bildirir ki, ümumiyyətlə, bu ilin doqquz ayı ərzində təxminən 550 min insan Rusiya vətəndaşlığını alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər azdır.
Onların əksəriyyəti Ukrayna vətəndaşlarıdır (260 min nəfər, ötən illə müqayisədə 32 min nəfər az). Həmçinin, 2022 – ci ilin yanvar-sentyabr aylarında ilk üçlüyə Tacikistan (təxminən 120 min, 2 dəfə artım) və Ermənistan vətəndaşları daxil olub.
Zəfər