“Ermənistan KTMT-yə üzvlüyünü dondurmalıdır, onun 4 üzvündən 6-si Azərbaycanı qələbə münasibətilə təbrik edib”.
Medianews.az xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Samvel Babayan bildirib.
Onun sözlərinə görə, bununla paralel olaraq, Rusiya ilə dialoq aparmaq, Ermənistan tərəfinin mövqeyini təmsil etmək, təhlükəsizlik sahəsində birgə ikitərəfli əməkdaşlığa aydınlıq gətirmək lazımdır.
“Bunu əvvəllər bəyan etmişəm və hətta baş nazirə müvafiq təkliflər də təqdim etmişəm. KTMT – nin 4 üzvündən 6-nın Azərbaycanı təbrik etdiyi şəraitdə isə bizim bu strukturda heç bir işimiz yoxdur”, – deyə o bildirib.
Babayan qeyd edib ki, KTMT üzvlərinin əksəriyyətinin bu məsələ ilə bağlı mövqeyini nəzərə alaraq, Ermənistanın təşkilata üzvlüyü regionda problemlərin son həllinə qədər dondurulmalıdır.
Zəfər