Türkiyədə elektrikli velosipedi ilə qəza keçirərək həyatını itirən 18 yaşlı Berfin Gündenin valideynləri qəzanın necə baş verdiyini maraqlandıqlarını bildiriblər.
Medianews.az xəbər verir ki, sözügedən hadisə Türkiyənin Muğla şəhərində baş verib.
Kədərli ana qızının qəzaya düşdüyü yolu bağlayaraq həmin ərazidə hönkür-hönkür ağlayıb. Ananın bu hərəkəti onu görənləri kövrəldib.
“İstəyirik ki, hadisə şahidləri bizə qəza barədə məlumat versinlər, beynimizdə sual işarələri var. Qızım təxminlərimizə görə ən azı yarım saat burada qalıb. Berfin qəza zamanı kəllə-beyin travması alıb, amma çoxlu qan itirərək ürəyi dayanıb”,-deyə atası bildirib.
Medianews.az