Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycandan olan bir qrup jurnalist Sivasda səfərdədir.
Kaspi.az xəbər verir ki, səfər çərçivəsində jurnalistlər Sivasda Divriyi bölgəsində Ulu məscidi ziyarət ediblər.
Qeyd edilib ki, XIII əsrə aid olan bu abidə Əhməd Şahın həyat yoldaşı Turan Məlik tərəfindən inşa edilib. Bu abidəyə məscid, mədrəsə və xəstəxana daxildir. Abidənin qapıları önündə Qurani-Kərim ayələri ilə bərabər zanbaq gülünün əks olunduğu oymalar var. Zanbaq gülü Məhəmməd peyğəmbəri simvolizə edir.
Xüsuilə qeyd edək ki, ruhi xəstələr burada su səsi ilə müalicə olunub. Hazırda restavrasiya olunan abidə UNESCO-nun mədəni irs siyahısına daxildir.
Bəxtiyar Məmmədli