İranın Xuzistan əyalətinin İze şəhərində bazarda naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ən azı 5 nəfər ölüb, eyni sayda insan yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında polis əməkdaşları da var.
Qeyd edək ki, agentlik hadisəni terror aktı adlandırıb.