ABŞ prezidenti Co Bayden yenidən davranışları ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, Abş prezidenti çıxışı zamanı Kambocanı Kolumbiya ilə səhv salıb.
Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının Kambocada keçirilən sammitində çıxışı zamanı Kolumbiyada olduğunu bildirib.
Bayden Kambocanın baş naziri Hun Senə istinad edərək bunları deyib:
“Mən Kolumbiyanın baş nazirinə ASEAN-ın sədri kimi rəhbərlik etdiyinə və hamımızı dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm”.
Medianews.az