İranda Mahsa Əmini etirazları yenidən şiddətlənib. Həbsdə olan etirazçılara edam cəzası veriləcəyi ehtimalı yarananda ölkə boyu minlərlə insan yenidən küçələrə çıxıb.
Əsasən gənclərdən ibarət fəallar İranın İsfahan və Məşhəd şəhərlərində etiraz yürüşləri təşkil ediblər.
7 həftə davam edən nümayişlərdə 320-dən çox insan həyatını itirib. Hadisələrdə 15 minə yaxın adam saxlanılıb.
Tehran hökuməti etirazlarda Qərb ölkələrini günahlandırır. İranın kəşfiyyat naziri İsmayıl Hatib etirazları İngiltərənin təhrik etdiyini iddia edib.
Hatib Londonda farsca xəbərlər yayımlayan “İran İnternational” kanalını dezinformasiyada ittiham edib. “İngiltərə İranı təhlükəli vəziyyətə salmaq üçün etdiyi hərəkətlərin bədəlini ödəyəcək” deyə Hatib vurğulayıb.
Saatlar sonra sözügedən kanalın əməkdaşı casusluq ittihamı ilə saxlanılıb.