Antarktidadakı qütb tədqiqat stansiyasında ABŞ indiyə qədər ən böyük koronavirus epidemiyasına nəzarət etməyə çalışır. Oktyabrın əvvəlinə olan məlumata görə, alimlərdən ibarət heyətin 10 faizi Covid-19 olub.
ABŞ Milli Araşdırma Fonduna bağlı Antarktidadakı McMurdo araşdırma stansiyasında oktyabr ayında başlayan və tədricən yayılan Covid-19 epidemiyasının nəzarət altına alınmağa çalışıldığı açıqlanıb. Qurumdan dünən verilən açıqlamada sağlamlıq və təhlükəsizlik səbəbi ilə stansiyanın 2 həftə müddətinə nəqliyyata bağlandığı, epidemiyanın personalın yüzdə 10-unun təsirləndiyi bildirilib.
Səlahiyyətlilər epidemiyaya nəzarət etmək üçün bəzi məhdudiyyətlərin qüvvədə olduğunu və stansiyalar arasında keçid zamanı 5 günlük karantin və mənfi test nəticələrinin vacib olduğunu vurğulayıb. Covid-19 olanlar 5 günlük karantindən sonra 5 gün maska ilə stansiyanı gəzəcək və iki mənfi testdən sonra işə qayıdacaqlar. Dünənki məlumata görə, stansiyadakı 993 personaldan 98-i Covid-19, 64-ü isə aktivdir. Bildirilib ki, halların əksəriyyəti “orta ağır” olub və otaqlarında karantinə alınıb.