Müğənni Rəhim Rəhimlinin vəfatından 40 gün ötür.
Medianews.az xəbər verir ki, sənətçinin yaxın dostu və həmkarı Elvin Babazadə mərhum sənətçinin qəbrini ziyarət edib.
Daha sonra ifaçı Rəhimin “Ürəyim ağlayır” adlı mahnısını öz ifasında səsləndirərək onu ekranlaşdırıb. Bu haqda Elvin sosial şəbəkə hesabında bildirib:
“Üzülərək söyləsəm də, artıq həyatda olmayan dəyərli səs və ürək sahibi, dostum Rəhim Rəhimlinin “Ürəyim ağlayır” əsərini öz ifamda sizə təqdim edirəm. Çətin olsa da, ümid edirəm bu işin öhtəsindən layiqincə gəldim. Rəhim, sən həmişə yaşayacaqsan! Məkanın cənnət olsun dostum…”
Qeyd edək ki, Rəhim Rəhimli ötən ay kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.