Türkiyədə iki şagird dedi-qodu ucbatından əlbəyaxa dava edərkən dostlarının onları gülərək seyr etməsi diqqət çəkib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Mərkəzi Sarıçam rayonunda orta məktəb şagirdi olduğu iddia edilən iki gənc qız dedi-qoduya görə mübahisə edib. Mübahisə qısa zamanda davaya çevrilib. İki gənc qız bir-birini amansızcasına döyüb.
Bu arada gənc qızların dostları bu anları sanki film izləyirmiş kimi seyr edərək gülüblər. Bu anlar digər şagirdlər tərəfindən də mobil telefonun kamerası ilə lentə alınıb.
Medianews.az