Bir neçə aydır Rusiya ilə Ukrayna arasında davam edən müharibədə dronlar əsas vasitələrdən biri olaraq qalmaqdadır. Ağır silahlarla müqayisədə daha az maliyyə ilə ərsəyə dronlarla Rusiyaya qarşı mübarizə aparan ukraynalılar yeni bir üsul ərsəyə gətiriblər.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ukraynalı könüllülər mobil tətbiq vasitəsilə Rusiyanın atdığı raketləri və pilotsuz uçuş aparatlarını vaxtında müəyyən edəcək. Belə ki, bu tətbiqlər mülki şəxslərin telefonuna yüklənir. İndi ukraynalılar ümid edir ki, bu tətbiq sayəsində dronlar yerə enmədən və hədəfləri vurmadan məhv edə biləcəklər.
“ePPO” adlı bu tətbiq telefonun GPS və kompasına qoşulmuş şəkildə işləyir. İstifadəçilər sadəcə cihazlarını gələn obyektə yönəltməli və məkanı Ukrayna ordusuna göndərməlidirlər.
Layihənin müəlliflərindən olan Gennadi Suldin bildirib ki, məqsəd hücumların aşkarlanmasına kömək etmək üçün mülki şəxsləri cəlb etməkdir.
Təhlükəsizlik səbəbi ilə ePPO tətbiqi yalnız 18 yaşdan yuxarı ukraynalılar tərəfindən istifadə edilə bilər. Bu tətbiq Ukrayna vətəndaşlarının şəxsiyyət və sürücülük vəsiqələrinin və digər rəsmi sənədlərinin yer aldığı hökumət tətbiqi ilə birlikdə işləyir. Bu da nəzəri olaraq Ukrayna vətəndaş olmayanlar tərəfindən istifadə edilə bilməməsi üçündür.
Zəfər
Medianews.az