İtaliyanın yeni baş naziri Corc Meloni İtaliya prezidenti Sercio Mattarellanın iştirakı ilə and içib.
Bu barədə “Rai News” məlumat yayıb.
Meloni rəsmi olaraq respublikanın yeni baş naziri oldu.
Bir gün əvvəl Meloni İtaliya hökumətini qurmaq mandatı qəbul etdi. O, baş nazir vəzifəsini tutan ilk qadın olub.
O, kabinetinin tərkibini də açıqlayıb.
Məsələn, “Liqa”nın lideri Matteo Salvini ölkənin baş nazirinin müavini və infrastruktur naziri, “İrəli, İtaliya”nın vitse-prezidenti Antonio Tajani də baş nazirin müavini və xarici işlər naziri olub.
Nəzrin Vüsal
Medianews.az