İngiltərədə inflyasiya yenidən 10 faizdən yuxarı qalxaraq 10,1 faizə çatıb. Bu, əvvəlki ayla müqayisədə 9,9 faiz olub. Gözləntilər isə inflyasiyanın 10 faiz olacağı idi.
Medianews.az bildirir ki, Böyük Britaniyada istehlak qiymətləri inflyasiyası sentyabr ayında gözləntilərin üstündən qalxıb. İstehsalçı qiymətlərindəki illik artım da gözləntiləri üstələyib.
Milli Statistika İdarəsinin məlumatına görə, Böyük Britaniyada istehlak qiymətləri sentyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artıb.
Sentyabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz artıb. Gözlənti isə 0,4 faiz artım idi.
Əsas CPI də əvvəlki ayla müqayisədə sentyabr ayında yüzdə 0,6 və illik 6,5 faiz artıb. İllik artımın 6,4 faiz olacağı proqnozlaşdırılıb.
Nəzrin Vüsal
Medianews.az