Medianews.az bildirir ki, PSJ-Marsel oyununda günün daha bir vacib görüş keçiriləcək.
İspaniya La Liqasının 9-cu turunda “Real Madrid” “Barselona”nı qəbul edəcək. İndiyədək liqada məğlubiyyət görməyən iki komanda eyni xalla ilk iki pilləni bölüşür. El Clasico-da qalib gələn tərəf liderlik kürsüsünə də keçəcək. Təbii ki, böyük gözləntilərin mərkəzində olan Xavi üçün bu mövsüm daha önəmlidir. O, bu El Clasico-nu qazanmaq və küləyi arxasınca aparmaq istəyir. Xüsusilə Çempionlar Liqasındakı zəif çıxışdan sonra bütün gözlər La Liqaya yönəlib. Madrid cəbhəsində işlər həmişəki kimi yaxşı gedir. Ançelotti ötən mövsümü həm liqada, həm də Çempionlar Liqasında təkrarlamaq istəyir. Son dövrənin ən uyğun qolçuları olan Levandovski ilə Benzema arasındakı rəqabət də bu El Klasikonun ən vacib məqamını təşkil edəcək.
Medianews.az