Medianews.az bildirir ki, İsveçin müdafiə naziri Peter Hultqvist ölkəsinin NATO-ya üzvlük ərizəsinin təsdiqlənməsinin gecikdirilməsini vaxt itkisi kimi qiymətləndirib.
Belçikanın paytaxtı Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin toplantısına dəvət edilən İsveç müdafiə naziri Hultqvist, ölkəsinin TT xəbər agentliyinə verdiyi açıqlamada, “İsveçin NATO-nun təsdiqinin gecikdirilməsini və uzadılmasını düşünürəm, üzvlük müraciəti vaxt itkisidir.” dedi.
Hultqvist, “Skandinaviya bölgəsi üçün yeni bir hərbi planlama qurmalıyıq. Təhlükəsizlik məsələləri üzərində işləməliyik. Əgər İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqini uzatsanız, bu, NATO-nun xeyrinə olmayacaq” ifadələrdən istifadə etmişdir.
Hultqvist Türkiyə ilə NATO ilə bağlı müxtəlif mövzularda danışıqlar aparmaq üçün xüsusi qrup yaradıldığını və danışıqların davam etdiyini bildirib. İsveç və Finlandiyanın NATO üzvü olmasalar da, NATO Müdafiə Nazirləri Toplantısına qatılmalarının vacib olduğunu ifadə edən Hulkvist bunu tarixi bir görüş kimi qiymətləndirib.
İyunun 28-də NATO-nun Madrid Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib.
Nəzrin Vüsal
Medianews.az