Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə səngimədən davam edərkən, Kiyev rəhbərliyinin geri götürdüyü Xarkovda araşdırma aparan səlahiyyətlilər, müharibə cinayətlərinin törədildiyinə dair təsbitləri ictimaiyyətlə bölüşdülər.
Medianews.az xəbər verir ki, Rusiyadakı işgəncə kameralarında qutunun içərisinə yığılmış qızıl dişlər tapılıb.
Səlahiyyətlilər eyni zamanda orada elektrik naqilləri, kəndirlər, seks oyuncaqları, qaz maskaları və yanmış əski parçaları tapıblar.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi zamanı Buça və İzyum şəhərində də buna bənzər hadisələr, kütləvi məzarlıqların törədildiyi aşkar olunmuşdu.
Medianews.az